Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, İsrail tərəfindən saxlanılan Qlobal Sumud Donanmasında iştirak edən Türkiyə vətəndaşları ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Keçeli bildirib ki, vətəndaşların geri qaytarılması üçün müxtəlif alternativlər üzərində iş aparılır:
"Vətəndaşlarımızın geri gətirilməsi üçün bir neçə plan üzərində işləyirik. Bu planlar arasında onların sabah xüsusi təyyarə ilə Türkiyəyə gətirilməsi də var", – deyə o vurğulayıb.
Sözçü əlavə edib ki, "İsrail tərəfindən saxlanılan vətəndaşlarımızı sabah özəl təyyarə ilə geri gətirmək üçün çalışırıq."
Qeyd edək ki, Qəzza blokadasını yararaq bölgəyə humanitar yardım aparmaq məqsədilə yola çıxan Qlobal Sumud Donanmasının gəmiləri yaxın günlərdə İsrail qüvvələri tərəfindən hücuma məruz qalıb.
Aytən Yaşar/ Turkustan.az