Acun İlıcalı vəsiyyətini açıqladı


Acun Ilıcalı dünyanın ən çox izlənilən “YouTube” proqramlarından biri olan “ABTalks”a qonaq olub.

Turkustan.az xəbər verir ki, Anas Bukhaşın aparıcısı olduğu bu verilişə daha əvvəl Will Smith, Priyanka Chopra, Lewis Hamilton, Zinedine Zidane və Jessica Alba kimi dünya şöhrətli simalar da qatılıb. Müsahibə zamanı Acun Ilıcalı ömür boyu motosiklet qəzalarında yaşadıqlarını, "Fənərbaxça"dakı çətin dövrlərini və qızlarına ölüm yatağında buraxmaq istədiyi son mesajı səmimi şəkildə bölüşüb.

Ilıcalı motosiklet həvəsi səbəbilə yaşadığı ən təhlükəli anı da izləyicilərlə paylaşıb. O, dostu Esatla birlikdə İstanbuldan Bodruma gedərkən yuxusuzluq səbəbilə sükan arxasında az qala huşunu itirdiyini belə xatırladıb:

“Səhər saat 6-7 radələrində başım aşağı düşməyə başladı. Esat vəziyyəti anlayıb qarnıma yumruq vurdu. O an ölümə çox yaxın idim. Dedi ki, sən məni öldürəcəksən, yoxsa ömürlük əlil qalacağıq. Dərhal kənara çəkildik, artıq tamamilə huşsuz vəziyyətdə idim”.

Yolda dayandıqları bir məsciddə dəbilqə taxaraq xalça üzərində yatdıqlarını da danışan Ilıcalı o anı belə təsvir edib:

“Xalça terapiya kimi idi. Yuxudan oyananda hamı səcdədə idi. O anı heç vaxt unutmuram”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ