Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda yeni atom elektrik stansiyası blokunun tikintisinə həsr olunmuş iclas keçirib.
Turkustan.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, xarici tərəfdaşların təklifləri, o cümlədən texniki və maliyyə parametrləri, habelə nüvə təhlükəsizliyi məsələləri müzakirə edilib.
İclas iştirakçıları maliyyələşdirmə variantları, texnoloji həllər və layihənin icra müddətləri ilə bağlı müxtəlif beynəlxalq əməkdaşlıq modellərini təqdim ediblər. /Bakıvaxtı.az/