Qazaxıstan Prezidenti: Ukrayna və Rusiya arasında ən çətin məsələ budur


“Ukrayna və Rusiya arasında ən çətin məsələ ərazilərlə bağlıdır”.

Turkustan.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Ərazi məsələsi hazırda ən vacib və çətin məsələdir, amma onun danışıqlar masası arxasında praktiki həlli tarixi mövzularda müşayiət olunan müzakirələrə görə hələlik görünmür və burada qeyri-ənənəvi və hətta ekzotik məlumatlar da daxil olmaqla, geniş şərhlər mövcuddur”, - Qazaxıstan lideri qeyd edib./teleqraf


MANŞET XƏBƏRLƏRİ