HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları dünən İsrailin blokadası altında olan Qəzza şəhərində İsrail əsgərləri ilə toqquşma zamanı İsrail tanklarının hədəf alındığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Qəssam verdiyi yazılı açıqlamada, qüvvələrinin Qəzza şəhərinin mərkəzində müxtəlif nöqtələrdə irəliləyən İsrail əsgərləri ilə toqquşduğunu və hərbi maşınların hədəf alındığını bildirib.
Bəyanatda Qəssam üzvlərinin ordunun avqustun əvvəlində sona çatdırdığı "Gideonun Arabaları I" adlı hücumlar çərçivəsində daha əvvəl yerləşdirildiyi Qəzza şəhərinin Şeyx Rıdvan ətrafındakı bölgədə bəzi əsgərləri öldürdüyü və yaraladığı bildirilib.
Açıqlamada Qəzza şəhərinin cənubundakı Tel əl-Heva məhəlləsində bir İsrail tankının Yasin 105 raketi ilə hədəf alındığı qeyd edilib.
İsrail ordusu intensiv hücum və blokada altında olan Qəzza zolağında baş verən qarşıdurmalarda mayor Shahar Netanel Bozaglo-nun (27) öldüyünü də açıqlayıb. Beləliklə, 2023-cü il oktyabrın 7-dən bu yana ölən və adlarının “açıqlanmasına icazə verilən” İsrail əsgərlərinin sayı 911-ə, İsrailin 27 oktyabr 2023-cü ildə qurudan hücumuna başladığı gündən bu yana Qəzzada ölü elan edilən əsgərlərin sayı isə 465-ə çatıb.
İsrail mediası Bozaqlonun İsrailin qurudan hücumlara başladığı Qəzzada Qəssam Briqadalarının hədəf aldığı tankda yaralandığını və xəstəxanada öldüyünü bildirib.
Aytən Yaşar/ Turkustan.az