Meloninin baxışları Şara ilə görüşə damğa vurdu


Suriya lideri Əhməd Şəra və İtaliyanın baş naziri Meloni BMT Baş Assambleyasında iştirak etdikləri Nyu Yorkda ikitərəfli görüş keçiriblər.

Turkustan.az xəbər verir ki, ikisinin mətbuatda yer alan fotosu görüşə damğa vurub.

Suriya prezidenti Əhməd Şara Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında iştirak etdiyi Nyu-Yorkda İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb.

Görüşlə bağlı Suriya Rəyasət Heyətindən ABŞ-da yerləşən X şirkətinin sosial media hesabından açıqlama verilib.

Açıqlamaya görə, Suriya prezidenti Şara və İtaliyanın baş naziri Meloni İtaliyanın Nyu Yorkdakı daimi nümayəndəliyində görüşüblər.

Görüşdə Suriyanın xarici işlər naziri Əsəd Şeybani və onu müşayiət edən nümayəndə heyəti də iştirak edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ