Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib.
Turkustan.az xəbər verir ki, Zelenski assambleyada bunları deyib:
"Rusiyaya hücum etmək lazımdırsa, bunu etmək lazımdır. Bunu indi etmək lazımdır. Rusiya imtina etdiyi üçün hələ də atəşkəs yoxdur. Ukraynanın prioriteti azad və sülh şəraitində yaşamaqdır",
Zelenski bütün məclisi Ukraynanı dəstəkləməyə, səslərini ucaltmağa və Rusiyaya qarşı tədbir görməyə çağırıb.
Zelenskinin açıqlamalarından diqqət çəkən məqamlar bunlardır:
“Güclü dostların olmasa, beynəlxalq hüquq işləmir.
Suriyada baş verən hər şeydən sonra sanksiyalar hələ də qüvvədədir. Suriya daha çox dəstəyə layiqdir.
Rusiya atəşkəsə razılıq vermədiyi üçün mənim ölkəmdə hələ də insanlar hər gün ölür. Beynəlxalq qurumlar zəif olduğu üçün bu dəlilik davam edir.
Uzunmüddətli hərbi ittifaqlar təhlükəsizliyə zəmanət vermir. Bu, ilk dəfədir ki, Rusiya təyyarələri Estoniyanın hava məkanını bilərəkdən zəbt edir. Rusiya onun hava məkanını qəsdən pozur".
Aytən Yaşar/ Turkustan.az