Pezeşkian: “Biz nüvə bombası istehsal etmək fikrində deyilik”


İran prezidenti Məsud Pezeşkian bir daha bəyan edib ki, ölkəsi nüvə bombası istehsal etmək niyyətində deyil.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında deyib: “Bu sessiyada bir daha açıq şəkildə bildirirəm ki, İran heç vaxt nüvə bombası əldə etməyib və etməyəcək".

Sözügedən qərarın İran lideri Əli Xamneyinin fitvasına əsaslandığına diqqət çəkən Pezeşkian İsrailin Qəzza və bölgədə törətdiyi insanlığa qarşı cinayətlərə diqqət çəkib.

İran prezidenti Pezeşkian bu açıqlama ilə çıxış edib:

"İsrail bölgədə sülhü pozan tərəf olduğu halda, İran sanksiyalara məruz qalır. Bizim bir şeirimiz var: "Günahı Bəlxdə dəmirçi etdi / Amma Şüştərdə misgərin başını kəsdilər." Başqa sözlə, bəzi insanlar başqa yerdə bölgədə iğtişaşlar törədir, bəziləri isə sanksiyalarla cəzalandırılır”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ