Şimali Koreyalıların bir-birinə sevgi məktubu göndərməsi qadağan edilib.
Turkustan.az xəbər verir ki, bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Nəşrin yazdığına görə, məsələ Xamxın şəhərinin zavodunda qalmaqala səbəb olmuş sevgi məktubundan sonra aktuallaşıb.
Planlı yoxlama zamanı gənclər partiyası təşkilatının fəalları bir qeydə rast gəliblər. Qeyddə romantik ifadələr yer alırdı:
“Mən səni sevirəm” və “Düşüncələrimdə təkcə sən varsan”. Rəhbərlik bunu “kapitalist sevgi baxışları ilə dolu mənfur həyat tərzinin göstəricisi” kimi qiymətləndirib.
Məktubun müəllifi “çürük ruh” ittihamı ilə ictimai şəkildə qınanıb və yoldaşları qarşısında alçaldıcı “özünü tənqid sessiyası” keçirməyə məcbur edilib. (trend.az)