Husilər tərəfindən buraxılan pilotsuz təyyarənin İsrailin Eylat şəhərini vurması nəticəsində 4 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Yəməndən buraxılan pilotsuz uçuş aparatının (PUA) İsrailin cənubundakı Eylat şəhərinə düşməsi nəticəsində 4 nəfər yaralanıb.
İsrailin “Qırmızı Ulduz Davud” təşkilatının verdiyi açıqlamaya görə, Yəməndən atılan partlayıcı yüklü pilotsuz təyyarənin ən cənubdakı Eylat şəhərinə zərbə endirməsi nəticəsində 4 nəfər yaralanıb.
İsrail ordusu açıqlamasında İranın dəstəklədiyi husilərin Yəmənə göndərdiyi pilotsuz uçan aparatı ələ keçirmək cəhdlərinin uğursuz olduğunu bildirib.
Sosial mediada yayılan görüntülərdə Yəməndən göndərilən PUA-nın sahilə yaxın əraziyə düşdüyü görülüb.
Sentyabrın 7-də Yəməndə husilər tərəfindən İsrail istiqamətində atılan pilotsuz təyyarə ölkənin cənubundakı Ramon hava limanını vurub, bir nəfər yüngül xəsarət alıb.
Aytən Yaşar/ Turkustan.az