BMT: İsrail Qəzzanı xəritədən silmək istəyir


Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi əhatəli hesabatda İsrailin Qəzzada soyqırım törətdiyi, İordan çayının qərb sahili və Qüdsün demoqrafik göstəricilərini zorla dəyişdirdiyi ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, Avropa mediası və beyin mərkəzləri bu tapıntıların İsraili tarixin ən sərt ittihamları ilə təqdim etdiyini vurğulayır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Müstəqil Təhqiqat Komissiyası İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilindəki siyasətini "soyqırım" olaraq xarakterizə edən geniş hesabat yayıb. Komissiya bəyan edib ki, İsrail hökuməti Fələstinin varlığını sistematik şəkildə təhdid edən “Qəzzaya daimi nəzarət” və “İordan çayının qərb sahilində yəhudi çoxluğu” hədəfini açıq şəkildə bəyan edib.

Hesabata görə, 2025-ci ilin iyul ayına qədər İsrail Qəzza ərazisinin təxminən 75 faizinə hərbi nəzarəti ələ keçirib, bölgənin coğrafi strukturunu yenidən dizayn edib və Qəzzanı hərbi dəhlizlərlə parçalayıb, bufer zonalarını genişləndirib və yeni “təhlükəsizlik zonaları” yaratıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ