Adnan Əhmədzadə ifadəsində onun adını verib – ŞOK/FOTO


Neft satışı ilə məşhurlaşan Adnan Əhmədzadənin həbsi ətrafında müxtəlif müzakirələr aparılır. Əhmədzadənin ittiham olunduğu cinayətlərin xarakteri və əhatə dairəsi bu prosesin çox ciddi olduğunu və həbslərin çoxsaylı şəxsləri əhatə edəcəyini göstərir.

Turkustan.az bildirir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, Adnan Əhmədzadə işinə vaxtilə onun əsas kuratoru olmuş Anar Əlizadə də cəlb ediləcək.

Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı, ölkədən geri dönüşünə məhdudiyyət qoyulduğu deyilir.

Məlumata görə, Adnan Əhmədzadə bəzi məsələlərə görə məsuliyyəti Anar Əlizadənin daşıdığını deyib.

Hazırda aparılan cinayət işinin istintaqı çərçivəsində Anar Əlizadənin də dindiriləcəyi deyilir.

Mənbəmiz bu prosesin SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayev üçün də ciddi başağrısı yaradacağını əlavə edib.

Araşdırmamız zamanı onu da öyrəndik ki, hələ bir neçə ay əvvəl Anar Əlizadə ilə Adnan Əhmədzadə arasında konfilikt yaranıb.

Gununsesi.info-nun əməkdaşı məsələ ilə bağlı Anar Əlizadənin özü ilə əlaqə saxlasa da, ondan şərh almaq mümkün olmayıb.

adnan 01


MANŞET XƏBƏRLƏRİ