Ərdoğan Nyu-Yorkda Əhməd Şara ilə görüşdü


Prezident Ərdoğan Suriya Prezidenti Əhməd Şəra ilə görüşüb. Görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda, Türk Evində baş tutub.

Turkustan.az xəbər verir ki, görüşdə Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. Prezident Ərdoğan, Suriyaya qarşı bütün sanksiyaların tezliklə aradan qaldırılmasını vurğulayıb və Türkiyənin Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib.

Ərdoğan həmçinin, Suriyada fəaliyyət göstərən SDQ-nin 10 Mart Müqaviləsinə riayət etməli olduğunu qeyd edib və Türkiyənin bölgədəki vəziyyəti yaxından izlədiyini söyləyib. Görüşdə, həmçinin Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani də iştirak ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ