Şimali Koreya lideri Kim Çen Inın bu yaxınlarda “gizli silah” elan etməsi təkcə Pxenyanın hərbi imkanları ilə bağlı mesaj kimi deyil, həm də beynəlxalq diplomatiyada yeni səhifə kimi qiymətləndirilir.
Turkustan.az xəbər verir ki, Kimin sözləri yeni karbon lifi əsaslı raket mühərriklərinin sınaqları, kütləvi istehsala hazırlıq və yeni esmineslərin inşası ilə birlikdə təkcə Koreya yarımadasına deyil, həm də birbaşa Vaşinqtona güclü siqnaldır.
Kimin bəyanatı onsuz da gərgin olan Şərqi Asiyanın təhlükəsizlik arxitekturasını daha da çətinləşdirdi. Cənubi Koreya bu bəyanatları “sülh yox, təxribat” adlandırıb və Seul-Vaşinqton xətti boyunca birgə hərbi təlimlərin intensivləşdiriləcəyini açıqlayıb.
Yaponiya isə yeni raket mühərrikinin ölkənin hava hücumundan müdafiə sistemləri üçün birbaşa problem yaratdığını ifadə edərək, ABŞ ilə raketdən müdafiə şəbəkəsini gücləndirmək və Type-12 raketləri kimi yeni nəsil müdafiə elementlərini sürətlə yerləşdirmək qərarını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az