İsrail daha bir ölkəni hədələyir: Paytaxtında bayrağımız dalğalanacaq!


İsrailin müdafiə naziri Yisrael Katz İranın dəstəklədiyi Yəmənli husi lideri Əbdül-Malik əl-Husini öldürməklə hədələyib.

Turkustan.az xəbər verir ki, husilərin İsrailə qarşı son raket və pilotsuz uçuş aparatları (PUA) hücumlarından sonra Katz sosial media hesabında açıqlama verərək deyib:

“Əbdül-Malik əl-Husi, sənin vaxtın gələcək. Cəhənnəmin dərinliklərində səni gözləyən hökumət üzvləri ilə görüşəcəksən.”

Katz həmçinin husilərin hakimiyyətdən devriləcəyinə və Səna üzərindəki nəzarəti itirəcəyinə eyham vuraraq bildirib:

“Husilərin bayrağındakı ‘İsrailə ölüm, yəhudilərə lənət’ şüarı bir gün Sənada dalğalanacaq mavi-ağ İsrail bayrağı ilə əvəzlənəcək.”

Məlumata görə, husilər hipersəs ballistik raketləri və üç pilotsuz uçuş aparatı ilə İsrailin üç şəhərini hədəfə alıblar.

İsrail ordusunun açıqlamasına əsasən:

Raketlər havada zərərsizləşdirilib.

PUA-lardan biri Eylat şəhərindəki bir otelə düşüb.

Hücum nəticəsində yalnız yüngül maddi ziyan qeydə alınıb, insan tələfatı yoxdur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ