Suriya prezidenti Əhməd Şara İsraillə davam edən təhlükəsizlik danışıqları ilə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, danışıqların yaxın günlərdə nəticə verə biləcəyini desə də, sülh və normallaşmanın hələlik masada olmadığını bildirib.
Şəra bildirib ki, təhlükəsizlik razılaşması əldə olunarsa, İsraillə başqa razılaşmalar da edilə bilər.
Təhlükəsizlik razılaşmasını bir zərurət olaraq xarakterizə edən Şara, mümkün olan hər bir razılaşma çərçivəsində Suriyanın hava sahəsi və bütövlüyünə hörmət edilməsi lazım olduğunu bildirib.
Suriya prezidenti danışıqlar prosesində ABŞ tərəfindən təzyiqə məruz qalmadıqlarını bildirib.
Aytən Yaşar/ Turkustan.az