Netanyahu ölkənin paytaxtına hücum edərək Trampı qəzəbləndirdi


Qətərin paytaxtı Dohada İsrailin Həmas danışıqlar qrupuna hücumu geniş rezonans doğurarkən, ABŞ prezidenti Donald Tramp İsrailə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Nyu Cersidəki Morristown hava limanında jurnalistlərin suallarını cavablandıran Tramp İsrailin baş naziri Binyamin Netanyahuya Qətər hücumu ilə bağlı mesajının olub-olmadığı soruşulduqda, belə deyib:
“Mənim mesajım odur ki, onlar çox diqqətli olmalıdırlar. Həmasla bağlı addımlar atmalıdırlar, amma Qətər ABŞ-ın böyük müttəfiqidir. Bunu bilməyən çox adam var.”

Tramp həmçinin qeyd edib ki, Qətərin ictimaiyyətlə əlaqələrini daha yaxşı idarə etməsinə ehtiyac var və bunu Qətər hökumətinə çatdırıb:
“İnsanlar Qətər haqqında çox pis danışırlar, amma bunu etməməlidirlər. Qətər həqiqətən böyük müttəfiqdir. Ona görə də İsrail və digər tərəflər diqqətli olmalıdır. İnsanlara hücum edərkən ehtiyatlı davranmaq lazımdır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ