Ordu küçələrə axışdı: Şiddətli etirazlar davam edir


Nepalda sosial mediaya tətbiq olunan qadağa fonunda baş verən hökumət əleyhinə etirazlar nəticəsində 19 nəfərin həyatını itirməsi ilə əlaqədar paytaxt Katmanduda komendant saatı davam edir.

Turkustan.az xəbər verir ki, gərginliyin artması səbəbilə ordu şəhərin küçələrinə yerləşdirilib. Əsgərlərin gecə saatlarında səfərbər olunacağı elan edildikdən sonra ordu bu gün Katmanduda patrul xidmətinə başlayıb. Rəsmi mənbələrin açıqlamasına görə, "talançı" kimi təsnif edilən 27 nəfər saxlanılıb.

Yerli “Kathmandu Post” qəzetinin məlumatına əsasən, ABŞ mərkəzli X (keçmiş Twitter) platformasında yayımlanan yazıda Kantipur media qrupunun binasına hücum edildiyi, binanın yandırıldığı və bütün serverlərinin sıradan çıxdığı bildirilib.

Həmin yazıda qeyd olunub ki, media qurumu fəaliyyətini sosial media üzərindən davam etdirəcək.

Bundan əlavə, ölkənin Nəvalparasi Qərb Bölgəsi Həbsxanasından 500-dən çox məhbusun qaçdığı, onlar tərəfindən həbsxananın yandırıldığı barədə məlumat verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ