“Zelenski Trampın xahişindən sonra Moskvaya gedə bilər” − “Bloomberg”


“Ukrayna lideri Volodimir Zelenski ABŞ lideri Donald Trampın təzyiqi altında Rusiya Prezidenti Vladimir Putinlə potensial görüş üçün Moskvaya gedə bilər”.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg”in müxbiri Oliver Kruk məlumat yayıb.

“Oval kabinetə fəlakətli səfərindən sonra Zelenski taktikasını dəyişib və indi Tramp: “Tullan” deyəndə, Zelenski cavab verir: “Nə qədər yüksək?”, - o vurğulayıb.

Xatırladaq ki, Çinə səfəri zamanı Rusiya prezidenti jurnalistlərlə söhbətində Zelenskinin hazır olduğu təqdirdə Rusiyaya səfər edə biləcəyi barədə bildirib. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ