“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çərçivəsində Zaqatala rayonunda tədbir keçirib.
QHT.az xəbər verir ki, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çərçivəsində Zaqatala rayon Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir həyata keçirib.
Tədbirdə Zaqatala RİH-nin əməkdaşı, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Vaqif Abdullayev, Zaqatala Uşaq və Ailələr Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova, Uşaq və Ailələr Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Şəhla Məmmədova, rayon ziyalısı və əməkdar müəllim Elmira Ahcıyeva iştirak edib.
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva, İB-in sədr müavini, təhsil eksperti Nuranə Şixəliyeva, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini və psixoloq Vəfa Abbasova, müəllimlər və psixoloqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin Azərbaycanda gender əsaslı zorakılığın qarşısını almaq və zorakılığa məruz qalmış şəxslərin sosial, hüquqi və psixoloji dəstək almasını təmin etmək olduğunu vurğulayıb.
Mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar paylanıb.