Makron: Ukraynaya dəstək artır, Putin sülhə məcbur qalacaq!


Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri və davam edən müharibə ilə bağlı açıqlama veriblər.

Turkustan.az xəbər verir ki, Fransa prezidenti müharibədən sonrakı dövrdə 26 ölkənin hava, quru və dəniz kimi müxtəlif sahələrdə Ukraynaya təhlükəsizlik dəstəyi verməyə hazır olduğunu bildirib və Rusiyanın konkret sülh danışıqlarından imtina edəcəyi təqdirdə əlavə sanksiyalar tətbiq edəcəklərini bildirib.

Makron qeyd edib ki, bəzi ölkələr də qoşun yerləşdirməklə bağlı öhdəliklər götürüb.

Emmanuel Makron ABŞ-ın təhlükəsizlik zəmanətlərini dəstəkləyəcəyini və yaxın günlərdə bu dəstəyin dəqiqləşdiriləcəyini bildirib.

Ukrayna prezidenti bəyan edib ki, Rusiya sülhü asanlaşdırmaq üçün bütün cəhdləri rədd edir və gələcəkdə Ukrayna ordusunun potensialına heç bir məhdudiyyət qoyulmayacaq.

Zelenski Rusiya prezidenti Vladimir Putinin Rusiya iqtisadiyyatına təzyiq edərək barışmağa məcbur olacağına da diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ