İsrail dünyanın gözü qarşısında Qəzzada soyqırımını davam etdirərkən, bölgədə gərginlik daha da artıb.
Turkustan.az xəbər verir ki,İsrail Qəzzanın tam işğalını nəzərdə tutan Gideon əməliyyatının ikinci mərhələsinə daxil olub. Bu həyəcanverici inkişaf Qəzzalıların kütləvi şəkildə köçü ehtimalını artırıb.
Potensial köçdən ən çox təsirlənəcəyi gözlənilən Misiri də narahatçılıq bürümüşdür. Misir fələstinlilərin kütləvi şəkildə köçməsi ehtimalına qarşı tədbir görüb. Bu ölkə Sinay yarımadasına 40 000 əsgər göndərib ki, bu da Misirin son illərdəki ən böyük hərbi birləşmələrindən biri olub. O, həmçinin sərhəd boyu M60 tankları, xüsusi təyinatlılar və hava hücumundan müdafiə sistemlərindən ibarət qüvvə yerləşdirib.
Misir prezidenti Əbdülfəttah əs-Sisinin əmri ilə həyata keçirilən bu hərbi yerləşdirmə regionda ən ciddi təhlükəsizlik addımlarından biri hesab olunurdu. Rəfah və Şeyx Zuveyd ətrafında sıx təhlükəsizlik tədbirləri həyata keçirilib. Misirin bu addımı həm İsrailə, həm də dünyaya mesaj kimi şərh edilib: "Sərhədlər pozula bilməz. Sinay fələstinlilər üçün "alternativ torpaq" ola bilməz".
Qahirə rəhbərliyi Qəzzadan Sinaya mümkün keçidin qəbuledilməz olduğunu tez-tez təkrarlasa da, Şimali Sinay valisi Xalid Meqaver “Torpaqlarımızı pozanlar gözlənilməz və sərt cavabla qarşılaşacaqlar” deyə xəbərdarlıq edib.
Aytən Yaşar/ Turkustan.az