CHP üçün bir şok daha! İstanbulun üç rayonunda konqreslər ləğv edildi


CHP-yə İstanbuldan pis xəbər, qurultaylar ard-arda ləğv olunur.

Turkustan.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbuldan gələn ardıcıl qərarlarla ciddi təşkilati çətinliklərlə üzləşib. İl İcra Başçısının vəzifəsindən azad olunması və bir gün əvvəl yeni müvəkkillərin təyin edilməsinin ardından, partiyanın rayon qurultayları da ləğv olunmağa başlayıb.

Son olaraq Ataşehir İlçe Seçki Şurası CHP-nin Ataşehir Rayon Mərkəzinin 13 sentyabr 2025-ci il tarixində keçirməyi planlaşdırdığı 7-ci növbədənkənar qurultayın baş tutmayacağına qərar verib. Qərarın əsasını isə İstanbul Asliye Hüquq Məhkəməsinin qəbul etdiyi aralıq qərar təşkil edir.

Yüksək Seçki Komissiyası (YSK) tərəfindən CHP Ataşehir Rayon Mərkəzinə göndərilən məktubda aşağıdakı ifadələr yer alıb:

“Cümhuriyyət Xalq Partiyası Ataşehir Rayon İcra Hakimiyyətinin 13.09.2025 tarixində keçirilməsi nəzərdə tutulan 7-ci Növbədənkənar Qurultayına dair müraciətə baxılmış, lakin 2025/250420/E/254025 saylı iş üzrə verilmiş aralıq qərarın 3-cü maddəsinə əsasən, İstanbulun vilayət və rayonlarında keçiriləcək seçki proseslərinin tədbir olaraq dayandırılmasına qərar verildiyi üçün tədbirin keçirilməsi mümkün deyil.”

Beləliklə, İstanbulda CHP-nin təşkilati fəaliyyətləri ciddi hüquqi maneələrlə qarşılaşır. Prosesin digər rayonlara da təsir edib-etməyəcəyi və partiyanın bu qərarlara necə cavab verəcəyi diqqətlə izlənir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ