Ruttedən ŞOK AÇIQLAMA: Görün Putini kimə bənzətdi


“Putin sadəcə Texas ştatının qubernatoru qədər gücə malikdir”.

Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Rusiya iqtisadiyyatının ABŞ-ın Texas ştatı ilə müqayisə ediləcək səviyyədə olduğunu bəyan edib və Rusiya prezidenti Vladimir Putini “Texas qubernatoru”na bənzədib.

Rutte bu fikirləri Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) Praqa Müdafiə Sammitində Rusiya-Ukrayna müharibəsi ilə bağlı çıxışı zamanı səsləndirib.

“Bu, təkcə Moskvada və ya dünənki Pekində olduğu kimi böyük hərbi paradlarla nümayiş üçün deyil. Onlar bu gücdən aqressiv şəkildə istifadə edərək qlobal nizamı yenidən formalaşdırmaq və azadlığımızı, təhlükəsizliyimizi sarsıtmaq niyyətindədirlər”, – deyə, Rutte vurğulayıb.

O, həm Rusiya, həm də Çin ordularının modernləşdirilməsi və gücləndirilməsi üçün böyük investisiyalar yatırdığını bildirib.

NATO-nun artıq "sadəlövh olmamalı" olduğunu vurğulayan Rutte Rusiyanın yaxın gələcəkdə də Avropada və dünyada “sabitliyi pozan və qarşıdurma yaradan qüvvə” olaraq qalacağını deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ