Trampdan Avropaya çağırış: “Rus neftini almayın, müharibəni siz maliyyələşdirirsiniz”


ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə müraciət edərək, Rusiyadan neft alışı ilə Ukrayna müharibəsinin dolayı yolla maliyyələşdirildiyini bildirib və bu ticarətin dayandırılmasını istəyib.

Turkustan.az xəbər verir ki, Tramp Fransa prezidenti Emmanuel Makron və digər Avropa liderlərinin dəvəti ilə “İstəyənlər Koalisiyası”nın Ukrayna ilə bağlı toplantısına Ağ Evdəki ofisindən onlayn şəkildə qatılıb.

Tramp çıxışında vurğulayıb ki, Rusiya Avropa Birliyinə enerji satışı vasitəsilə təkcə bir il ərzində 1,1 milyard avro gəlir əldə edib. Onun sözlərinə görə, bu məbləğ Kremlə müharibə aparmaq üçün kifayət qədər maliyyə imkanı verir.

"Avropa Rusiya neftini almağı dayandırmalıdır. Bu, müharibəni maliyyələşdirmək deməkdir. Eyni zamanda, Avropa liderləri Rusiyanın müharibə səylərini dəstəklədiyinə görə Çinə qarşı da iqtisadi təzyiqləri artırmalıdırlar", – deyə, Tramp əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ