ABŞ-ın Lockheed Martin şirkəti 1970-ci ildə Patriot raketlərinin istehsalı üçün ABŞ ordusundan 9,8 milyard dollarlıq müqavilə alıb.
Turkustan.az xəbər verir ki, Lockheed Martin tərəfindən "şirkət tarixindəki ən böyük tender"lə bağlı yazılı açıqlama verilib.
Açıqlamada ABŞ ordusunun Lockheed Martin şirkətinə 1970 Patriot (PAC-3) raketi və müvafiq avadanlığın istehsalı üçün 9,8 milyard dollarlıq tender verdiyi bildirilib.
Bunun "şirkət tarixindəki ən böyük tender" olduğu vurğulanan açıqlamada, şirkətin son illərdə Patriot raket sistemi istehsalını artırdığı və 2025-ci ilə qədər 600-dən çox sistem tədarükünün gözlənildiyi ifadə edildi.
Açıqlamada ABŞ da daxil olmaqla 17 ölkənin "təhdidlərə qarşı müdafiə" üçün Patriot sistemlərinə üstünlük verdiyi vurğulanıb və Lockheed Martin-in baş direktoru Ceyson Reynoldsun mövzu ilə bağlı açıqlamalarına yer verilib.
Reynolds: "Bu müqavilə ilə müştərilərimizin müdafiə sistemləri üçün ehtiyac duyduqları qabaqcıl raketdən müdafiə həllərinə malik olmasını təmin edərək, qarşıdakı illərdə rekord sayda Patriot raket sistemləri tədarük edəcəyik" dedi.
Aytən Yaşar/ Turkustan.az