"Eşitmə məhdudiyyəti olan insanlar üçün təhlükədən qorunmaq yalnız səslərlə mümkün deyil".
QHT.az xəbər verir ki, bu sözləri “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızıvurğulayıb. Onun sözlərinə görə, hər bir təhlükədən qorunmaq üçün biz səslərə reaksiya veririk – siqnal səsi, həyəcan səsi, qəfil xəbərdarlıqlar bizə təhlükədən xəbər verir:
"Amma bir anlıq düşünün: eşitməyən insanlar bu səsləri necə hiss etsin, təhlükəni necə anlasın?! Onların həyatında səs deyil, diqqət, anlayış və dəstək önəmlidir. Bizim bir baxışımız, bir işarəmiz, bir köməyimiz onların təhlükəsizlikdə qalmasına səbəb ola bilər. Hər birimizin yanında eşitmə məhdudiyyətli insanlar ola bilər və hər hansı bir təhlükə anında onları da düşünmək vacibdir. “Səssizliyin səsi olun!”.