Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən “İstəklilər koalisiyası”nın iclasından sonra açıqlama verib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, hazırda 26 ölkə Ukrayna ərazisinə hərbi kontingent yerləşdirmək öhdəliyi götürüb.
Makron bildirib ki, bu addım Ukraynaya təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi nəzərdə tutulur və qüvvələr quru, dəniz və hava əməliyyatlarında iştirak edəcək.
Fransa lideri əlavə edib ki, koalisiyaya ABŞ-nin də dəstək verməsi ilə bağlı yaxın vaxtlarda razılıq əldə olunacağına ümid edir.
Makron həmçinin qeyd edib ki, Rusiya danışıqlardan imtina edəcəyi halda, əlavə sanksiyalar gündəmə gətiriləcək.
Bunun fonunda Almaniya da Ukraynaya yardımı genişləndirməyi planlaşdırır. N-TV telekanalının məlumatına görə, Berlin silah tədarükünü, hava hücumundan müdafiə sistemlərinin sayını əhəmiyyətli dərəcədə artıracaq və Ukraynanın uzaqmənzilli raketlər istehsalına dəstək göstərəcək. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin dörd briqadası üçün ildə təxminən 500 ədəd texnikanın göndərilməsi nəzərdə tutulur. /globalinfo.az/