İsrailin gizli məlumatları sızdı: Qəzzada saxlanılanların 75%-i mülki şəxslər imiş!


Qəzzada saxlanılanların 75 faizi mülki şəxslərdir.

Turkustan.az xəbər verir ki, “The Guardian” qəzetinin İsrail ordusunun məxfi məlumat bazasından əldə etdiyi sənədlərə əsasən, Qəzzada İsrail tərəfindən saxlanılan fələstinlilərin 75 faizi yəni hər dörd nəfərdən üçü mülki vətəndaşdır.

Qəzet bu məlumatlara Tel-Əvivdə yerləşən “+972” internet saytı və “Local Call” nəşri ilə birgə araşdırma apararaq daxil olub.

İsrailin öz hərbi kəşfiyyat məlumatları əsasında hazırlanan sənədlər Qəzzada saxlanılan şəxslərin böyük əksəriyyətinin heç bir ittiham və ya məhkəmə hökmü olmadan həbsdə saxlandığını ortaya qoyub.

Yalnız hər dörd nəfərdən biri İsrail hərbi kəşfiyyatı tərəfindən “döyüşçü” kimi təsnif edilib. Digər üç nəfərin isə mülki vətəndaş olduğu, onlardan bəzilərinin hətta heç bir əlaqəsinin olmamasına baxmayaraq, aylarla təcridə və işgəncəyə məruz qaldığı bildirilir.

Araşdırmalara əsasən, saxlanılan mülki şəxslər arasında səhiyyə işçiləri, müəllimlər, dövlət qulluqçuları, jurnalistlər, yazıçılar, xəstələr, əlillər və azyaşlı uşaqlar da var.

Məsələn, məlumatlarda Alzheimer xəstəliyindən əziyyət çəkən 82 yaşlı qadının altı həftə həbsdə saxlanıldığı, həmçinin 53 gün sonra azad edilən bir qadının isə küçədə dilənən uşaqlarını axtardığı qeyd olunur.

Saxlanma yerlərindən biri olan Sde Teiman təcridxanasında xidmət edən bir İsrail əsgəri, burada çox sayda yaşlı və xəstə fələstinlinin saxlandığını, buna görə də həmin bölmələrə əsgərlər arasında “yaşlılar üçün həbsxana” adı verildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ