Turkustan.az xəbər verir ki, sosial şəbəkələr üzərindən “Telegram”ın yaradıcısı Pavel Durov ilə amerikalı milyarder İlon Mask arasında davam edən deyişmələr yeni mərhələyə keçib.
Maskın Grok adlı çat-botunun “qul” sözünün “slavyan” terminindən yarandığı barədə qeyri-ciddi nəticəsinə cavab olaraq, Durov tarixi faktları xatırladıb.
Durov öz paylaşımında qeyd edib ki, hər iki dünya müharibəsi Qərbi Avropa ölkələrinin slavyan torpaqlarına hücumu ilə başlayıb. O, yazıb:
“1914-cü ildə Avstriyanın Serbiyaya hücumu və 1939-cu ildə Almaniyanın Polşaya hücumu bunun sübutudur. XIX əsrdə də Qərb heç bir səbəb olmadan Napoleonic müharibələri və Krım müharibəsi zamanı slavyan torpaqlarına soxulmuşdu.”
Xatırladaq ki, daha əvvəl Mask Grok adlı çat-botla apardığı söhbəti paylaşmış və orada bot “slave” (“qul”) sözünün guya “Slav” (“slavyan”) sözündən yarandığını iddia etmişdi. Durov isə bu yanaşmanı tarixi faktlarla təkzib edərək, Qərbin slavyanlara qarşı müharibələr tarixini xatırlatmaqla cavab verib. /Musavat.com/