Əfqanıstanın şərqindəki Kunar vilayətində avqustun 31-nə keçən gecə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 2 mini ötdü.
Turkustan.az xəbər verir ki, avqustun 31-i axşam Əfqanıstanın şərqindəki Kunar əyalətində baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2205 nəfərə çatıb.
ToloNews Əfqanıstan Müvəqqəti Hökumətinin sözçünün müavini Həmdullah Fitrətin bəyanatına istinadən bazar günü Kunar əyalətində baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
Buna görə zəlzələdə həyatını itirənlərin sayı 2205-ə, yaralıların sayı isə 3640-a yüksəlib.
Hesabatda zəlzələdən ən çox zərər çəkən Kunar vilayətinin Nur Gül, Savki, Çapa Dara və Manoqi bölgələrində xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az