"Ukraynanın qaçaq keçmiş prezidenti Viktor Yanukoviçin uzun fasilədən sonra yayımladığı videomüraciəti Rusiya Prezidenti Vladimir Putinin təlimatıyla həyata keçirilib".
Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Viktor Yanukoviç dövlət başçısı olduğu illərdə Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini, ancaq NATO-ya üzvlüyün isə fəlakətə aparacağını söylədiyini bildirib:
"Eyni sözləri Kreml sahibi Çində Slovakiya baş naziri Robert Fitso ilə görüşdə deyib: “Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmayıb, NATO-ya gəlincə, bu başqa məsələdir, burada söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir”.
Putin özünün və Yanukoviçin açıqlaması vasitəsilə sanki Qərbə mesaj göndərir ki, Rusiya Ukraynanın Avropa qurumlarından birinin üzvlüyünü əngəlləməyəcək. Halbuki, Ukraynada ikinci Maydan hərəkatı məhz Putinin Viktor Yanukoviçə təzyiqi nəticəsində onun Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqdan imtina etməsiylə başlamışdı. Putin üstündən illər keçdikdən sonra yeni açıqlamasıyla Ukraynanın Avropa Birliyinə üzvlük məsələsində güzəştə hazır olduğunu demək istəyib. Məsələ burasındadır ki, Avropa İttifaqı Ukraynaya siyasi, iqtisadi və müəyyən qədər hərbi dəstək versə də, bu ölkəni təşkialata üzv qəbul etməyə hazır deyil. Putin də bunu bildiyindən topu onların meydanına atıb". /Bakupost.az/