Ölkə fəlakət yaşayır! Zəlzələ nəticəsində ölənlərin sayı 1400-ü keçib


Əfqanıstanın şərqindəki Kunar əyalətində bazar günü gecə baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1400-ü ötüb.

Turkustan.az xəbər verir ki, Əfqanıstan Qızıl Ayparası ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında bazar günü Kunar vilayətində baş verən zəlzələ ilə bağlı təfərrüatları paylaşıb. Əfqanıstan Qızıl Ayparası zəlzələdə ölənlərin sayının 1400-ə, yaralıların sayının isə 3251-ə yüksəldiyini bildirib.

Əfqanıstanın Qızıl Aypara Cəmiyyəti üç şərq əyalətində 8000-dən çox evin dağıldığını, çoxlu sayda insanın dağıntılar altında qaldığını və xilasetmə işlərinin davam etdiyini bildirdi. Rəsmilər qeyd edib ki, yaralıların təxliyəsi davam edir və buna görə də ölənlərin sayı dəyişə bilər.

Səlahiyyətlilər zəlzələ nəticəsində yaranan sürüşmə səbəbindən bəzi bölgələrdə yolların bağlandığını, lakin çətin gediş-gəliş olan ərazilərə girişi təmin etmək üçün bağlanan yolların yenidən açılacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ