Merz: Ukraynaya verə biləcəyimiz ən vacib zəmanət hərbi dəstəkdir


Almaniya kansleri Fridrix Merz Ukraynaya veriləcək ən mühüm təhlükəsizlik zəmanətinin onun ordusuna adekvat hərbi dəstək olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Merz bu fikirləri İsveçrə Konfederasiyasının prezidenti Karin Keller-Sutter ilə Berlində keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Kansler qeyd edib ki, cümə axşamı Ukrayna ilə bağlı "İstəyənlərin Koalisiyası" formatında onlayn toplantı keçiriləcək. Bu görüşdə Ukraynadakı mövcud vəziyyət təhlil olunacaq və gələcək yardım planları müzakirə ediləcək.

Merz əlavə edib:
"Bu iclasda təhlükəsizlik zəmanətləri də gündəmdə olacaq. Lakin bu mərhələdə Ukraynaya verə biləcəyimiz ən vacib zəmanət — ordusunun ölkəni müdafiə səylərinə davamlı və yetərli dəstək göstərməkdir. Biz bu dəstəyi davam etdirməkdə qərarlıyıq."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ