ABŞ-lı milyarder iş adamı İlon Maskın maliyyə dəstəyi ilə hazırlanan uçan avtomobil sınaq uçuşlarına başlayıb.
Turkustan.az xəbər verir ki, Kaliforniya ştatının San Mateo şəhərində fəaliyyət göstərən şirkət tərəfindən istehsal edilən avtomobil iki hava limanı ilə müqavilə imzalayıb.
Tamamilə elektrikli, qara rəngli avtomobil şaquli qalxma və enmə qabiliyyətinə malikdir və magistral yollarda da istifadə oluna bilər. Onun dizaynı açıq pervanelərin olmaması ilə diqqət çəkir.
Avtomobilin vahid dəyəri 300.000 dollardan çoxdur. “New York Post”un məlumatına görə, SpaceX də bu işə sərmayə qoyur. Uçan avtomobil 170 kilometr məsafə qət edə bilir və artıq 3300 öncədən sifariş toplayıb.
Aytən Yaşar/ Turkustan.az