Belarus üçün heç kim Rusiyanı əvəz edə bilməz.
Turkustan.az xəbər verir ki, bu sözləri Pekində Rusiya lideri Vladimir Putinlə görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib.
"Ona görə də bizim bu gün görüşməyimiz çox vacibdir. İkitərəfli münasibətlərə gəlincə, mən bir gün əvvəl yoxladım, bizim Çinlə müqayisədə daha az problemli məsələmiz var, demək olar ki, yoxdur. Bu gün Çinlə üç problem aşkarlasaq da, sizə daha sonra məlumat verəcəyəm"-deyə, prezident qeyd edib.
Lukaşenko Putinlə Şanxay Əməkdaşlıq Təşkilatında əməkdaşlığı müzakirə etmək niyyətində olduğunu da bildirib.
Aytən Yaşar/ Turkustan.az