Ukrayna Pokrovsk yaxınlığında daha bir kəndi azad etdi - VİDEO


"Skala” adlı əlahiddə polkun hücumçuları Donetsk vilayətində yerləşən Udaçnoye kəndini azad ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

"Birbaşa təmasda və zərbə vasitələrinin dəstəyi ilə düşmənin bütün dayaq məntəqələri məhv edildi. İki həftə ərzində hücum qrupları ev-ev təmizləmə apararaq kənd üzərində Ukrayna bayrağını qaldırdılar”, – Baş Qərargah Telegramda bildirib.

Orada həmçinin kənd üzərində bayrağın qaldırılmasının videosu və qumbaraatan atəşi ilə rus mövqeyinin məhv edilməsi kadrları paylaşılıb.

Udaçnoye kəndi Pokrovsk şəhərinin cənub-qərbində, Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə yaxın ərazidə yerləşir.

Xatırladaq ki, bir gün əvvəl Baş Qərargah Ukraynanın Donetsk vilayətinin Pokrovsk rayonunda yerləşən Novoekonomiçnoye kəndini də azad etdiyini açıqlamışdı. Bu yaşayış məntəqəsini də "Skala” polkunun döyüşçüləri azad ediblər.

Bundan başqa, Ukrayna Milli Qvardiyasının 1-ci korpusunun "Azov” briqadası komandirinin müavini Svyatoslav "Kalina” Palamar bildirib ki, "Azov” döyüşçüləri Pokrovsk istiqamətində müdafiəni gücləndiriblər və hazırda oradakı vəziyyət bir ay əvvəlkindən daha yaxşıdır.

/Qaynarinfo/


MANŞET XƏBƏRLƏRİ