Putinin Azərbaycanla bağlı növbəti addımı ifşa edildi – Bakını gözləyən təhlükə


Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara məxsus bazarın bağlanması, həm iqtisadi, həm də etnik münasibətlər baxımından ciddi narahatlıqlar doğurur. İddialara görə, Moskvadakı iri ticarət mərkəzləri – “Sadovod” və “Food City” də hədəfdədir. Bu bazarlar uzun illərdir ki, Rusiya daxilində ticarət dövriyyəsinə böyük töhfə verir və minlərlə insanın dolanışıq mənbəyidir.

Azərbaycanlılara məxsus bazarların ardıcıl şəkildə bağlanması Rusiya iqtisadiyyatına hansı konkret zərərləri verə bilər? Bu prosesin davamı olaraq, Bakı ilə bağlı növbəti hansı addımların atılması ehtimal olunur?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu, iki dövlət arasında davam edən siyasi məsələdir:

“Rusiya münasibətlərin gərginləşməsi fonunda daxili imkanlarından istifadə edərək Azərbaycana təzyiq göstərir. Hətta iki ölkə arasında siyasi münasibətlər normallaşana qədər bu proses davam edəcək. Yekaterinburqda yaşananlara təsir edən digər amillər olsa da, Putin hakimiyyəti azərbaycanlıları öldürmək niyyətində deyil. Məqsəd rəsmi Bakıya siyasi təzyiq göstərərək, onun müstəqil xarici siyasətini dəyişməkdir. Kreml bizim regiondakı müstəqil mövqeyimizi qəbul etmir və Avropa İttifaqı (Aİ) ilə münasibətlərimizin dayandırılmasını istəyir. Lakin bu, geosiyasi maraqlarımıza uyğun deyil. Buna görə də Bakı Moskvanın təzyiqlərinə qarşı addımlarını davam etdirir”.

akiff

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, Rusiya Azərbaycana qarşı müxtəlif təzyiq vasitələri tətbiq edir:

“Ölkəmizdən idxal edilən məhsulları əngəlləyir, geri qaytarır, Xankəndini “Stepanakert” adlandırır və sair. Bu təzyiqlər, həm də Rusiya bazarlarına birbaşa təsir göstərir. Çünki həmin yerlərdə, əsasən azərbaycanlılar işləyir və onların üzləşdiyi vəziyyət ticarət mərkəzlərinin bağlanmasına səbəb olur. Bu isə Federasiyanın iqtisadiyyatına ciddi zərər vurur və qiymət artımına yol açır. Hazırda qonşu ölkədə qiymətlərin bahalaşmasının səbəblərindən biri azərbaycanlı və digər postsovet ölkələrindən gələn əmək miqrantlarının əleyhinə aparılan siyasətdir. Bu aqressiya zamanla artacaq, çünki Azərbaycan Rusiyanın istəklərinə uyğun hərəkət etməyə hazır deyil. Nəticədə Rusiya bütün siyasi və iqtisadi alətlərdən istifadə edərək Azərbaycana qarşı təzyiqini artıracaq”.


MANŞET XƏBƏRLƏRİ