Tramp: “Bu şəhər dünyanın ən təhlükəli şəhərinə çevrilib”


ABŞ Prezidenti Donald Tramp İllinoys ştatının qubernatoru Cey Robert (JB) Pritzkerə səslənərək, Çikaqodakı artan cinayət hadisələrinə görə Milli Qvardiyanın yerləşdirilməsini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp sosial media platforması Truth Social üzərindən etdiyi paylaşımda, keçən həftə sonu Çikaqoda azı 54 nəfərin güllələndiyini, 8 nəfərin isə həyatını itirdiyini qeyd edib. O, bu vəziyyəti sərt şəkildə tənqid edərək bildirib:“Çikaqo dünyanın ən pis və ən təhlükəli şəhərinə çevrilib. Pritz, sənə təcili yardım lazımdır!”

İllinoys qubernatorunun Milli Qvardiyanın Çikaqoya göndərilməsi qərarına reaksiyasına cavab olaraq səsləndirilən bu sərt tənqidlər ölkə daxilində təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.

Tramp hakimiyyətdə olduğu dövrlərdə də Çikaqodakı cinayət səviyyəsini tez-tez gündəmə gətirmiş və bu şəhəri “qanunsuzluq nümunəsi” kimi təqdim etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ