Çin və Rusiya dünya nizamına meydan oxuyur? – Prezidentdən açıq mesaj


Çin və Rusiya ədalətli qlobal idarəçiliyə töhfə verməlidir.

Turkustan.az xəbər verir ki, Çin prezidenti Xi Jinping, səfərdə olan Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı Pekin və Moskva arasında əməkdaşlığın dərinləşdirilməsinə çağırıb. O, bu əməkdaşlığın daha bərabər və ədalətli bir qlobal idarəetmə sisteminin formalaşmasına töhfə verəcəyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 25-ci Zirvə Toplantısı çərçivəsində baş tutub. Sammit avqustun 31-dən sentyabrın 1-dək Çin şəhəri Tianjində keçirilib. Putin sammitdən sonra Pekinə gedərək Xi ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı Xi Jinping vurğulayıb ki, Çin və Rusiya arasındakı əlaqələr beynəlxalq dəyişikliklər və böhranlar fonunda möhkəmlənərək sınavdan keçib. Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq modeli dövlətlərarası münasibətlər üçün mehriban qonşuluq, strateji koordinasiya və qarşılıqlı faydalı əməkdaşlıq baxımından nümunə rolunu oynayır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ