ABŞ tam dəstək verdi: 1,85 milyardlıq F-35 razılaşması təsdiqləndi


ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi (DSCA) satışın təsdiqlənməsi ilə bağlı yazılı açıqlama verib.

Turkustan.az xəbər verir ki, açıqlamada: "Xarici İşlər Nazirliyi, təxmini dəyəri 1,85 milyard dollar olan F-35 döyüş təyyarəsi ilə əlaqədar logistika və proqram dəstək elementlərinin Polşa hökumətinə Xarici Hərbi Satışını təsdiq edən qərar qəbul edib"-deyə, bildirilib.

DSCA-nın bu mümkün satış üçün lazımi sertifikatı Konqresə təqdim etdiyi ifadə edilən açıqlamada, satışın modifikasiya, ehtiyat hissələri, təmir və proqram təminatı daxil olmaqla silah sistemi dəstəyi kimi texniki və logistik dəstək xidmətlərinin olduğu ifadə edildi.

Açıqlamada qeyd olunub ki, təklif edilən satış Polşanın F-35 donanmasının etibarlılığını, cari və gələcək təhdidlərlə mübarizə qabiliyyətini artıracaq. “Təklif olunan bu satış Avropada siyasi və iqtisadi sabitliyi təmin edən NATO müttəfiqinin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək”, - deyə məlumatda bildirilir.

Satış üçün ABŞ Konqresinin son təsdiqi tələb olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ