CBC: Tramp Rusiya-ABŞ Sammitində Ukrayna məsələsini bağlamağa çalışacaq


ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ukraynadakı münaqişə məsələsini bağlamağa çalışacaq.

Turkustan.az xəbər verir ki, bu fikri Kanadanın CBC telekanalı bildirib.

Telekanalın verdiyi məlumata görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti ilə görüşərək Ukraynada davam edən müharibənin səhifəsini çevirməyə çalışacaq. Kanalın şərhində bu görüşün Trampın müharibəni sona çatdırmaq vədini yerinə yetirmək istiqamətində atılmış addım olduğu qeyd olunub.

CBC bildirir ki, bir çox ekspertlər bu danışıqlardan sonra münaqişəyə son qoyacaq "əhəmiyyətli bir qərarın" açıqlanacağına şübhə ilə yanaşır. Buna baxmayaraq, Trampın diplomatiyaya fərqli yanaşması nəzərə alındıqda, müəyyən irəliləyiş ehtimalı istisna edilmir.

CBC-nin əlavə etdiyi məlumata görə, Ukrayna münaqişəsi ilə yanaşı, ABŞ və Rusiya liderləri arasında nüvə silahlarına nəzarət və digər mühüm təhlükəsizlik məsələləri də müzakirə olunacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ