Putin-Tramp görüşü öncəsi Alyaskada nümayişi keçirildi: Ukraynaya dəstək!


ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin bu gün Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson Birgə Bazasında görüşəcək.

Turkustan.az xəbər verir ki, iki liderin 6 ildən sonra ilk üz-üzə görüşünün əsas gündəm bəndi Rusiya-Ukrayna müharibəsi olacaq.

Ukrayna tərəfdarları Tramp və Putinin görüşü ərəfəsində Alyaskanın Ankoric şəhərində dəstək nümayişi keçirib.

İştirakçılar əllərində Ukrayna bayraqları ilə Kiyevə dəstək mesajları veriblər.

Nümayişçilər Moskvanın hərəkətlərinə reaksiya veriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ