Ərəb Liqasından Netanyahunun bəyanatına REAKSİYA: Bu təhdiddir!


Ərəb Liqası İsrailin baş naziri Benyamin Netanyahunun "Böyük İsrail" adlandırdığı əraziyə görə suveren ərəb dövlətlərinin ərazilərinin bir hissəsini işğal etməsi ilə bağlı dediklərini ərəblərin milli təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Ərəb Liqası yazılı açıqlamada Netanyahunun tarixi və mənəvi bir missiyanı üzərinə götürdüyünü hiss etdiyini və "daha böyük İsrail vizyonu"na sadiq qaldığını bildirməsinə reaksiya verib.

Bəyanatda deyilir: “İşğalçı İsrail dövlətinin baş naziri Neyanyahunun ərəb ölkələrinin torpaqlarının bir hissəsini işğal etməsi ilə bağlı “Böyük İsrail” adlı formalaşma üçün ilkin hazırlıq olaraq verdiyi açıqlamaları şiddətlə qınayırıq. Bu bəyanatlar təkcə ərəb ölkələrinin suverenliyinə təhdid deyil, həm də regionun təhlükəsizliyi və sabitliyinə xələl gətirir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ