Sahədə başlayan alov şəhəri bürüdü! Maşınlar, evlər yanır


Türkiyədə Çanaqqalanın Kəpəz qəsəbəsində əkinçilik sahəsində başlayan yanğın meşəlik ərazilərə keçib.

Turkustan.az xəbər verir ki, yanğınla mübarizə həm havadan, həm də qurudan aparılır.

Yanğın saat 13:30 radələrində başlayıb. Çanaqqalanın Kəpəz mahalında əkinçilik ərazisi üzərində. Küləyin təsirindən alov meşəlik əraziyə keçib. Xəbərdən sonra hadisə yerinə Meşə Təsərrüfatı Regional Müdirliyindən çoxlu sayda qruplar göndərilib.
Çanaqqala valisi Ömər Toraman X hesabında etdiyi paylaşımda, Çanaqqalanın mərkəz mahalındakı meşə yanğınının külək səbəbiylə sürətlə irəlilədiyini qeyd edərək: "Yanğınla havadan və qurudan mübarizə aparılır. Ehtiyat tədbiri olaraq Güzelyalı bölgəsindəki vətəndaşlarımızın təxliyyəsinə başlanılıb. Vətəndaşlarımızın zərurət olmadıqca nəqliyyatdan qaçması vacibdir" dedi.

Toraman daha sonra "Çanaqqala Onsekiz Mart Universiteti (ÇOMÜ) Dardanos Kampusu, Jandarma Güzelyalı Düşərgəsi və Çamlıbel Sahəsi boşaldılıb. Təxliyə qruplarına kömək edək. Gərəksiz trafik yaratmayaq" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ