Meşə yanğınları genişlənir: minlərlə insan təxliyə edildi


ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən 2700-dən çox insan təxliyə edilib.

Turkustan.az xəbər verir ki, Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatlarına görə, dünən ştatın Los-Anceles və Ventura bölgələrində baş verən və təxminən 20 kvadrat kilometr ərazini əhatə edən "kanyon" yanğınına nəzarət etmək üçün səylər davam edir.

Təyyarələr və helikopterlərlə birlikdə 400-dən çox yanğınsöndürmə işçisi yanğına müdaxilə edir.

Səlahiyyətlilər, sürətlə yayılan alov səbəbiylə 2700-dən çox insanın təxliyə edildiyini, 14 min insanın və 5 min binanın təxliyə təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

Avqustun 1-də ştatın Santa Barbara və San Luis Obispo bölgələrində baş verən Gifford yanğını təxminən 400 kilometr əraziyə yayılıb və cəmi 15 faiz nəzarət altındadır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ