Ukrayna prezidenti Vladimir Zelenski işğal olunmuş ərazilərlə bağlı etiraf edib.
Turkustan.az xəbər verir ki, "The Telegraph" yazır ki , Ukrayna müharibəyə son qoyacağı təqdirdə hazırkı cəbhə xəttində atəşkəs rejimini nəzərdən keçirməyə hazırdır . Lakin bu, yalnız o şərtlə mümkündür ki, Rusiyanın işğal olunmuş ərazilərin heç birində nəzarəti beynəlxalq səviyyədə tanınmasın.
“Bu onunla bağlıdır ki, ölkə Konstitusiyası prezidentə və ya parlamentə ölkənin ərazi tərkibini birtərəfli qaydada dəyişməyə və ya ərazi bütövlüyünün pozulmasına dözməyə icazə vermir”, - nəşr yazır.
Eyni zamanda, “The Telegraph”ın yazdığına görə, Ukrayna prezidenti Vladimir Zelenski işğal olunmuş ərazilərin silah gücü ilə azad edilməsinin artıq mümkün olmadığını etiraf edib. Nəşrin yazdığına görə, prezident hesab edir ki, diplomatik vasitələr axtarmaq lazımdır.
Aytən Yaşar/ Turkustan.az