Husilər İsraili hədəf aldı: Hava limanı vuruldu


Yəməndə İranın dəstəklədiyi husilər İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanını ballistik raketlə hədəfə aldıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Husi ordusunun sözçüsü Yəhya Seri verdiyi açıqlamada, "Fələstin-2" hipersəs ballistik raketi ilə Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanına hücum etdiklərini bildirib.

Hücumun müvəffəqiyyətlə keçdiyini və milyonlarla israillinin sığınacaqlara qaçdığını və hava limanında uçuşların dayandırıldığını bildirən Seri, hücumun Fələstin xalqına dəstək nümayişi və Qəzza zolağında soyqırım cinayətləri törədən İsrailə cavab olduğunu bildirib.

Husilər iyulun 22-də ballistik raketlə Ben Qurion hava limanını hədəf aldıqlarını açıqlayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ