Zelenski: Rusiya hörmətsizlik edir


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Zelenski Rusiyanın müharibəni bitirmək istəyən tərəflərə hörmət etmədiyini və ABŞ prezidenti Donald Trampın bəyanatına baxmayaraq Rusiyanın hücumlarını dayandırmadığını bildirib.

Zelenski bildirib ki, Rusiyanın müharibəni bitirmək çağırışlarına cavab olaraq həyata keçirdiyi hər hücum repressiyaların zəruriliyini sübut edir.

Ukrayna lideri Rusiyaya qarşı sanksiyaların artırılmasını tələb edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ