Abbas Erakçı: İmtina edə bilmərik, bu artıq milli qurur məsələsidir!


İranın xarici işlər naziri Abbas Erakçi Fox News telekanalına açıqlama verib.

Turkustan.az xəbər verir ki, Erakçi uranın zənginləşdirilməsi fəaliyyətlərindən vaz keçə bilməyəcəklərini ifadə edərək, iranlı alimlərin nailiyyətlərinə diqqət çəkib.

Erakçi bu məsələnin indi milli qürur məsələsinə çevrildiyini də vurğulayıb.

İranlı nazir ABŞ-ın hücumları nəticəsində nüvə obyektlərinə ciddi ziyan dəydiyini və zərərin miqyasının aşkarlanması istiqamətində işlərin davam etdiyini bildirib, lakin zənginləşdirilmiş uranın başına gələnləri şərh etməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ